Tramp Azərbaycanla bağlı planlarını ləğv etdi

17-12-2016, 10:13           

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu “The Trump Organization” Azərbaycanda mehmanxana tikintisi üzrə sazişi ləğv edib və Gürcüstandkıa layihə barəsində analoji addım planlaşdırır.

teref.az xəbər verir ki, bu barədə “Associated Press” xəbər verib.

Agentliyin məlumatına görə, Tramp şirkətinin belə addımı onun tezliklə prezident kimi yüksək vəzifənin icrasına başlaması ilə bağlıdır.

Milyarderin hər iki xarici layihəsi siyasi fiqurlarla bağlıdır və prezident reputasiyasına mənfi təsir edə bilər.

“The Trump Organization” həmçinin bu həftə Braziliyada mehmanxana tikintisi üzrə sazişi də ləğv ediv. Tramp bundan əvvəl isə Səudiyyə Ərəbistanındakı şəxsi şirkətlərini bağlayıb./Report.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru