Britaniyada 600-dən çox məhbus həbsxanada qiyam qaldırıb

17-12-2016, 11:06           
Britaniyada 600-dən çox məhbus həbsxanada qiyam qaldırıb
Britaniyada 600-dən çox məhbus həbsxanada qiyam qaldırıb.
Bu barədə “RİA Novosti” bu ölkənin mətbuatına istinadən xəbər yayıb.
Məlumata görə, məhbuslar həbsxana nəzarətçilərindən aptekin, idman zalının, texniki vasitələr anbarının açarlarını almağa müvəffəq olublar. Mətbuatın məlumatına görə, bir gün davam etmiş qiyamın səbəbləri çoxdur: – idman zalından istifadənin mümkün olmaması, televizora baxmağa qadağa qoyulması, pis qidalanma və duşda isti suyun olmaması.
Hadisə yerinə polis işçiləri, polis helikopteri və bir neçə təcili yardım maşını gətirilib və qiyam yatırılıb. Qiyam zamanı 3 məhbus xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru