Kuba dövlət borcunu romla ödəmək istəyir

17-12-2016, 14:07           
Kuba dövlət borcunu romla ödəmək istəyir
Kuba hökuməti Çexiyadan xahiş edib ki, soyuq müharibə dövründən qalan dövlət borcunu rom və dərman preparatları ilə qaytarsın.

Bu barədə Frans Press məlumat yayıb.

Söhbət o qədər də tanınmayan rom (şəkər qamışı suyundan hazırlanan içki) markasından gedir. Hesablamalara görə, Kuba Çexiyaya 280 milyon dollara yaxın borcludur, bu borcu ödəmək üçün ada dövlətin hökuməti Praqaya 23 milyon şüşəyə yaxın rom göndərməlidir. Əgər Kuba bu məsələdə razılıq əldə etsə, Çexiya 100 il müddətində Kubadan pulsuz rom alacaq.

Çexiyanın Maliyyə Nazirliyi borcun bu cür ödənilməsinə mənfi reaksiya verməyib, ancaq borcun heç olmasa bir hissəsini pul şəklində almaq istədiyini açıqlayıb. Məmurlar bildiriblər ki, lazimi sertifikatlara görə Kubadan dərman preparatlarının alınması mümkün görünməsə də, romla bağlı problem yoxdur.

Kuba Çexiyaya ən iri borcu olan dövlətdir.

Kuba Slovakiyaya da borcunu romla ödəməyi təklif edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.