ABŞ-da 1973-ci ilin ilk internetininxəritəsi tapılıb

17-12-2016, 19:45           

ABŞ-ın Karneqi Mellon Universitetinin kompüter məktəbində 1973-cü ilin ilk internetinin xəritəsi tapılıb.

Azərtac "gazeta.ru"ya istinadla xəbər verir ki, İncəsənət Muzeyinin əməkdaşı Karnegi Devid Nyuberi bu barədə məlumatı öz twitter səhifəsində dərc edib.

1973-cü ildə ABŞ-da ARPANET şəbəkəsi 36-dək mərkəzə birləşdirilmiş 42 kompüterdən ibarət olub. Xəritənin yaradılmasından cəmi bir neçə ay sonra ARPANET Norveçdə və Londonda server istifadəyə verərək beynəlxalq şəbəkəyə çevrilib. Şəbəkəyə ABŞ-ın ən böyük universitetləri, o cümlədən Kaliforniya, Harvard, Stenford universitetləri qoşulub. Xəritədə nodlar – baza marşrutizatorları kvadratlarla, müştəri kompüter və serveri isə oval işarələrlə qeyd olunub.

ARPANET (Advanced Research Projects Agency Network) şəbəkəsi 1969-ci ildə ABŞ-ın perspektiv tədqiqatlar üzrə Müdafiə Nazirliyi agentliyində (DARPA) yaradılıb və müasir internetin prototipi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru