ABŞ-ın sabiq dövlət katibindən şok qərar — İslamı qəbul edəcəm

26-01-2017, 13:44           
ABŞ-ın sabiq dövlət katibi Madlen Olbryat müsəlman ola bilər

Eks-prezident Bill Klintonun administrasiyasında işləmiş Madlen Olbrayt bu yolla miqrantları dəstəkləməyi planlaşdırır.

Sabiq dövlət katibi 45-ci prezidentin immiqrasiya siyasəti ilə razılaşmır və bu səbəbdən şok açıqlama verib: "Mən katolik ailəsində böyümüşəm. Yepiskopal kilsəyə inanmışam. Sonradan ailəmin yəhudi olduğunu öyrənmişəm. Mən həmrəylik əlaməti olaraq İslamı qəbul etməyə hazıram". O, bu barədə öz Tvitter hesabında status yazıb. Bu statusdan sonra Madlen yeni status yazaraq bildirib: "Azadlıq heykəlində kiçik şriftlər yoxdur. Amerika istənilən dini inanc üçün açıq olmalıdır".

Qeyd edək ki, Madlen Olbrayt 1997-2001-ci illər arasında dövlət katibi işləyib. O, bu postu tutan ilk qadın kimi Amerika tarixinə düşüb.
Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru