Meksika prezidentindən sərt bəyanat — ABŞ-a divar tikintisi üçün bir qəpik də ödəməyəcəyik

26-01-2017, 13:46           
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədə divar inşa etdirəcəyini və xərcin Meksika tərəfindən ödəniləcəyini bildirib
Meksika prezidentindən sərt bəyanat — ABŞ-a divar tikintisi üçün bir qəpik də ödəməyəcəyik
Meksika prezidenti Nieto bu bəyanata cavab verib. Nieto deyib: "Meksika divar üçün qara qəpik də ödəməyəcək. Bir neçə dəfə söylədim. Heç bir divar üçün pul ödəməyəcəyik".

Meksika prezidenti Enrike Pena Nieto Donaldın qərarından sonra Meksikanın maneə və divarlara inanmadığını bildirib və Trampın bu qərarını qınayıb.

Prezident deyib: "Meksika Amerika xalqının dostluğunu, hökumətin isə müsbət addımlarını arzu edir".

Qeyd edək ki, Nietonun 31 yanvar tarixində Vaşinqtona səfəri planlaşdırılır.

Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru