KTMT təsdiqlədi: Ermənistan baş katib olacaq - 2020-ci ilə qədər

27-01-2017, 08:58           
KTMT təsdiqlədi: Ermənistan baş katib olacaq - 2020-ci ilə qədər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurası "KTMT-nın baş katibi haqqında" qərar layihəsini bəyənib və sənədləri razılıqlarını almaq üçün qurumun üzv dövlətlərinə göndərib.

Virtualaz.org bildirir ki, bu barədə Rusarminfo məlumat yayıb.

KTMT-nın mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, qərar layihəsində təşkilatın növbəti baş katibi olacaq ölkə razılaşdırılıb: “Bu, Ermənistandır. Həmçinin o da razılaşdırılıb ki, yeni baş katib üç il müddətinə seçiləcək". Onun sözlərinə görə, qərar layihəsinə KTMT-ya üzv ölkələrin prezidentləri tərəfindən təşkilatın 2017-ci ilin aprelində keçiriləcək növbəti sammitində baxılacaq və əgər onlar layihəni təsdiq etsələr, yeni baş katib təyin ediləcək.

Xatırladaq ki, əvvəlki iki sammitdə bu məsələ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin və Belarus lideri Aleksandr Lukaşenkonun tədbirə qatılmamaları üzündən həll olunmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru