Fərhad Səmədov baş nazirin müavini təyin edildi

27-01-2017, 09:01           

Həmyerlimiz Fərhad Səmədov Rusiyanın Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub. Soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT - texnologiyalara nəzarət edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.

Fərhad Astan oğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb. 1994-1998-ci illərdə “Eksimer” Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.

Rusiya Federasiyasının fəxri kimyaçısı olan F.Səmədov Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru