Fələstin Obamanın ayırdığı və Trampın "dondurduğu" yardımı alıbmış...

27-01-2017, 09:52           
Fələstin Obamanın ayırdığı və Trampın "dondurduğu" yardımı alıbmış...
Fələstin prezidentinin strateji məsələlər üzrə müşaviri Hüsam Zomlot ölkəsinin ABŞ-ın sabiq prezidenti Barak Obamanın ayırdığı 221 mln. dollar məbləğində tranşı artıq aldığını bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz Obama administrasiyasının təyin etdiyi son məbləği artıq almışıq. Onlar vəsaiti artıq köçürüblər”, - deyə Hüsam Zomlot bildirib.

“Biz ümid edirik ki, Tramp administrasiyası sələflərinin yürütdüyü siyasəti davam etdirəcək”, - deyə Zomlot bildirib.

Qeyd edək ki, “The Times of Israel” bundan əvvəl bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Fələstin üçün ayrılan 221 mln. dolların köçürülməsini dondurub.

Məlumata görə, ABŞ nümayəndələri Fələstinin baş naziri Rami Həmdullahı vəsaitin köçürülməyəcəyi barədə məlumatlandırıblar.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru