Kanadanın baş nazirindən qaçqınlar üçün mühüm açıqlama

29-01-2017, 10:40           
Kanadanın baş nazirindən qaçqınlar üçün mühüm açıqlama
Kanadanın baş naziri Castin Tryudo ölkəsinin dinindən asılı olmayaraq bütün qaçqınları qəbul etməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Məlumata görə, Kanadanın baş naziri bütün qaçqınları qarşılayacağını deyib.
"Kim ki, müharibə, terror və təqiblərdən xilas olunur, kanadalılar sizi salamlayacaq. Bizim gücümüz müxtəliflikdədir", - deyə o, "Twitter"də yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əhalisi müsəlman olan yeddi ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulması haqqında fərman imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru