Danışıqların nəticəsi məlum oldu — Putinlə Tramp razılığa gəldilər
29-01-2017, 10:50
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının bəzi məqamları barədə mətbuata açıqlama verilib.
Ölkə.Az xəbər verir ki, prezidentlər terrorla mübarizə, Suriya münaqişəsi və Ukraynadakı vəziyyəti, o cümlədən Ərəb-İsrail münaqişəsi, strateji sabitlik sahəsi, nüvə silahın yayılmaması, habelə İranın nüvə proqramı, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ölkə rəhbərləri 2 ölkənin işgüzar dairələri arasında ticari-iqtisadi əlaqələrin bərpa olunmasının vacibliyini qeyd ediblər. Danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarına bildirib ki, Moskva terrorizmlə mübarizədə Vaşinqtonu vacib tərəfdaş hesab edir. Putin xatırladıb ki, Rusiya iki əsrdən artıq Amerikanı dəstəkləyib, iki dünya müharibələrində onun müttəfiqi olub və hazırda Vaşinqtonu beynəlxalq terrorizmlə mübarizədə vacib tərəfdaş hesab edir.
Qeyd edək ki, bu Trampın inaqurasiya mərasimindən sonra ilk dəfə olaraq Putinlə danışığıdır.