"Givi" və "Motorola"nın sağ olması barədə xəbər yayıldı

13-02-2017, 20:42           
"Givi" və "Motorola"nın sağ olması barədə xəbər yayıldı
FaktXəbər-in verdiyi məlumata görə, Donbasın əsas aparıcı simalarından olan Mixail Tolstıx ("Givi") və Arseni Pavlovun ("Motorola") sağ olması barədə xəbər yayılıb. Bu iddia ilə Ukraynalı jurnlaist Andrey Dixtyarenko "112 Ukrayna" kanalınsa müsahibəsində çıxış edib. O, bildirib ki, hər iki separatçı lider sağdır və hazırda Dnesteryanı və Krımda gizlənir.

Ukraynalı jurnalist qeyd edib ki, hər iki liderin ölümü təsdiq edən heç bir cəsəd və sübut ictimaiyyətə təqdim olunmayıb. O, əlavə edib ki, yalnız cəsədlərin eyniləşdirilməsindən sonra "Qivi" və "Motorola" ləqəbli separatçı liderlərin ölüdürülməsini təsdiqləmək olar.

Xatırladaq ki, "Qivi"nin ötən həftə öz kabinetində, "Motorola"nın isə keçən il liftə olarkən qumbaratanla öldürülüməsi barədə xəbər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru