Fransada ekstremistlər Eyfel qülləsini partlatmaq istəyiblər

14-02-2017, 08:59           
Fransada ekstremistlər Eyfel qülləsini partlatmaq istəyiblər
Fevralın 10-da Fransanın Monpelye şəhərində tutulan gənc oğlan və 16 yaşlı qız Eyfel qülləsində və ya ölkənin digər turizm əhəmiyyətli obyektləri ərazisində terror aktı törətməyi planlaşdırıblar.

Bu barədə istintaqa yaxın mənbəyə istinadən “L’Express” jurnalı yazıb.

“Onlar Eyfel qülləsi yanında və ya onun mərtəbələrində terror aktı törədərək insanlarda qorxu hissi yaratmaq niyyətində olduqlarını iddia ediblər. Onlar, həmçinin Fransanın cənubunda digər hədəflərə, xüsusilə hərbçilərə hücum etmək imkanını nəzərdən keçiriblər”, – deyə mənbə bildirib.

Polis tərəfindən onların qaldığı mənzildə aparılan axtarış zamanı 70 qram əldəqayırma partlayıcılar, həmçinin onun istehsalı üçün istifadə olunan maddələr aşkar olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru