1.2 milyon dollar uddu, lotereya təşkilatçılarını məhkəməyə verdi

14-02-2017, 09:02           

Edinburq (Şotlandiya) şəhər sakini 1.2 milyon dollar məbləğindəki mükafatı udandan sonra lotereya təşkilatçılarını məhkəməyə verib. O, iddiasında bildirib ki, udduğu pullar onun həyatını korlayıb. Bu barədə lenta.ru saytı “The Daily Mirror”a istinadla xəbər verib. Ceyn Park 17 yaşı olanda cekpot udub. Həmin vaxt o, ilk dəfə idi ki, lotereya bileti alırmış.

Aradan 4 il keçəndən sonra qız belə nəticəyə gəlib ki, yetkinlik yaşına çatmadan bu bileti almalı deyildi. Şotland qız şikayətlənib ki, məşhur dizaynerlərin paltarları və bahalı kurortlarda istirahət bezdirib: “Hərdən mənə elə gəlir ki, lotereyada uduş mənim həyatını məhv etdi”.
Parkın sözlərinə görə, böyük məbləğdə uduş ciddi stressə yaşamasına səbəb olub. “Mənə elə gəlir ki, insan 18 yaşına çatandan sonra lotereya oynamaq imkanı qazanmalıdır” deyən qıza maraqlı təklif də gəlib. Lotereyanın təşkilatçıları ona maliyyə məsləhətçisi təklif etsələr də, şotlandiyalı ailə üzvlərinin məsləhətinə üstünlük verib.


Bu ilin fevralında xəbər yayıldı ki, Amerikanın Kolorado ştatının sakini 3.3 milyon dollar dəyərində lotereya udub və bundan sonra işdən çıxıb.



Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.