Gürcülərin Avropaya vizasız səfəri –Son maneə də qalxdı (Yeni qərar)

14-02-2017, 09:07           

Avropa Parlamenti (AP) Avropa İttifaqının xaricindəki ölkələrlə vizasız rejiminin ləğvini nizamlayan yeni qaydaları qəbul etməyə hazırlaşır.

Bu qaydalar gürcülərin və ukraynalıların Şengen zonası ölkələrinə vizasız gediş-gəlişi rejiminin işə düşməsinə doğru atılmış əsas addımdır.

Xatırladaq ki, AP üzvləri vizasız rejimin ləğvi mexanizmini ötən dekabrda qəbul ediblər və indi, fevralın 13-dəsənədin Aİ-nin bütün dillərinə tərcümə edilmiş yekun variantı ekspertlər tərəfindən yoxlandıqdan sonra elan edilib.

Yeni qaydalara görə, üçüncü ölkələrlə viza rejimini ləğv edən razılaşmalar müəyyən situasiyalarda tez bir zamanda dayandırıla bilər. “Müəyyən situasiyalar” dedikdə, məsələn, sığınacaq ərizələrinin əsassız şəkildə artması və ya üçüncü ölkələrin vətəndaşlarının Aİ üçün təhlükə təşkil etməsi halları nəzərdə tutulur.

Bu tədbirlər Gürcüstan və Ukrayna vətəndaşları üçün Şengen zonasına vizasız gediş-gəliş imkanını çox tezliklə yarada bilər.

AP Gürcüstanla viza rejiminin sərbəstləşdirilməsi barədə qərarı fevralın 3-də böyük səs çoxluğu qəbul edib. İndi vizasız rejimin ləğv olunması mexanizminin hazır olması Gürcüstan vətəndaşları qarşısında Avropaya vizasız səfərlərin qarşısını kəsən son baryeri də aradan qaldırıb.

Diplomatlar bildiriblər ki, Gürcüstan üçün vizasız rejim artıq martın 3-dən qüvvəyə minəcək.

Vizasız rejimin ləğv olunması mexanizminin qəbul edilməsi Ukrayna vətəndaşlarının da Şengen zonasına sərbəst səfər edə biləcəkləri günü yaxınlaşdırıb.

Xatırladaq ki, hazırda Şengen zonasına daxil 26 ölkə bunlardır: Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İslandiya, İspaniya, İtaliya, İsveç, İsveçrə, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan. /Azadliq.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.