Kim Çen Inın qardaşı öldürüldü

14-02-2017, 18:07           
Kim Çen Inın qardaşı öldürüldü
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın qardaşı Malayziyada öldürülüb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Yönhap” agentliyinə və Cənubi Koreyanın başqa KİV-inə istinadən məlumat yayıb.

Cənubi Koreya hökumətindən olan mənbənin agentliyə verdiyi məlumata görə, Kim Çen Nam bazar ertəsi səhər öldürülüb.

“Chosun” kabel televiziyası “Reuters”ə istinadən yaydığı məlumata görə, Koreya liderinin qardaşı aeroportda iki qadın tərəfindən zəhərlənib.

Malayziya polisinin araşdırmasına görə, Koreya Xalq Demokratik Respublikası vətəndaşı Kuala-Lumpurun aeroportundan xəstəxanaya aparılarkən yolda ölüb. Onun şəxsiyyəti ilə bağlı məlumat verilmir.

Kim Çen Nam Kim Çen İrin böyük oğludur və Koreya Xalq Demokratik Respublikasının liderinin ögey qardaşıdır.

Virtualaz.org

* * *15:58

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın qardaşı Malayziyada öldürülüb.

Virtualaz.org “YönHap” xəbərlər agentliyinə istinadən məlumat verir ki, bunu adının çəkilməsini istəməyən mənbələr bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.