FES rəhbəri danışdı, dollar qalxdı

14-02-2017, 22:35           

Faiz dərəcəsinin artımı ilə bağlı çox gözləmək doğru olmaz.

Axar.az xəbər verir ki, bunu Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Canet Yellen ABŞ Senatında çıxışında deyib.

O, FES–in faiz artımı ilə bağlı ləngiyəcəyi təqdirdə, iqtisadi sferada cərəyan edən prosesləri şərh etməkdə çətinlik çəkəcəyini bildirib.

“Belə gecikmə iqtisadiyyatın yenidən sıxılması riskini gücləndirir”, - Yellen əlavə edib.

FES rəhbərinin bu açıqlamasından sonra dünya birjalarında dolların qısamüddətli bahalaşması müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru