Rusiya qırıcıları ABŞ esminesi üzərindən təhlükəli uçuşlar ediblər

15-02-2017, 09:29           
Rusiya qırıcıları ABŞ esminesi üzərindən təhlükəli uçuşlar ediblər
Fevralın 10-da Rusiyaya məxsus bir neçə hərbi təyyarə Qara dənizdə Amerikanın “Porter” raket esminesinə təhlükəli dərəcədə yaxınlaşıblar. Amerika tərəfi bu manevrləri təhlükəli və qeyri-peşəkar qiymətləndirib.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Denni Ernandesə istinadən “Reuters” məlumat yayıb.
Ernandes bildirib ki, Rusiya qırıcıları və esmineslə bağlı üç ayrı insident qeydə alınıb. Birinci halda Rusiyanın iki “Su-24” qırıcısı, ikincidə bir “Su-24” qırıcısı, üçüncü dəfə isə bir “İl-38” təyyarəsi iştirak edib.
“USS Porter” həmin hava gəmiləri ilə əlaqə qurmağa çalışıb və heç bir cavab almayıb”, — deyə Ernandes söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru