Şon Spayser:"Tramp Rusiyanın Krımı Ukraynaya qaytaracağını gözləyir"

15-02-2017, 09:31           
Şon Spayser:"Tramp Rusiyanın Krımı Ukraynaya qaytaracağını gözləyir"
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti normallaşdıracağını və Krımı bu ölkəyə qaytaracağını gözləyir.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

Bununla belə o qeyd edib ki, İŞİD də daxil olmaqla, bir çox problemləri həll etmək üçün Tramp, əvvəlki administrasiyadan fərqli olaraq, Rusiya ilə münasibətlərin yoluna düşməsini istəyir.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru