Milyarder ölkənin aeraport hədiyyə etdi

15-02-2017, 14:20           
Milyarder ölkənin aeraport hədiyyə etdi
21 yaşlı gənc aeroportun sahibi oldu
Dağıstanlı milyarder və senator Süleyman Kərimovun oğlu, Moskvada təhsil alan 21 yaşlı Səid Kərimov Maxaçqala aeroportunun əsas sahibi olub.

İstiPress-in “vestikavkaza.ru“ya istinadən verdiyi xəbərə görə, bu ilin yanvar ayında “Grandeko” şirkətinin səhmlərinin 99.5 faizi Səid Kərimovun adına keçirilib. Hansı ki, Maxaçqala aeroportu məhz bu şirkətə məxsusdur. Bu isə o deməkdir ki, aeroportun faktiki sahibi 21 yaşlı tələbə olub. “Grandeko”şirkəti əvvəl Səidin atasının olub.
Xatırladaq ki, bir müddət əvvəl “Комсомольская правда на Северном Кавказе” qəzeti Süleyman Kərimov və oğlunun Rusiyanın qızıl ehtiyatlarının 28 faizini ələ keçirməsi barədə məlumat yaymışdı.
Qeyd edək ki, Maxaçqala aeroportu Dağıstanın federal əhəmiyyətli hava qapısı hesab olunur və 2016-cı ildə hava limanından 869 min 200 sərnişin istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru