İŞİD türk ordusunu vurduğu raketləri haradan alıb? – ABŞ-ın İŞİD-in əlindəki silahlarının qaranlıq tarixçəsi

15-02-2017, 20:41           
İŞİD türk ordusunu vurduğu raketləri haradan alıb? – ABŞ-ın İŞİD-in əlindəki silahlarının qaranlıq tarixçəsi
uriyanın əl-Bab bölgəsində mühasirəyə alınan İŞİD Azad Suriya Ordusunu (ASO) və “Fərat Qalxanı” əməliyyatında qoşulanları ABŞ-ın BGM-71 TOW raketləri ilə vurur.
Avropa.info xəbər verir ki, təşkilatın dünənki hücumunda 6 ASO əsgərinin həlak olmasına səbəb olan bu raketlərin qaçaqmalçılıqla məşğul olan Camal Maruf və adamlarının əli ilə ABŞ tərəfindən təşkilata ötürüldüyü iddia olunur.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə “Fərat Qalxanı” əməliyyatının ən mühüm mərhələsi hesab olunan əl-Bab əməliyyatı İŞİD-in böyük müqaviməti ilə müşayiət olunur.
Təşkilat ötən həftə də ASO əsgərlərinin olduğu bir bölgəyə BGM-71 TOW raketləri ilə hücuma keçib.

İŞİD-in istifadə etdiyi bu silahları haradan əldə etdiyi ilə bağlı bir araşdırma aparılıb. Ölümcül silahların izinə, ABŞ-ın dəstəklədiyi və qaçaqmalçılıqla məşğul olan Camal Məruf və onun adamlarında rast gəlinib. Məruf, İdlibdə qaçaqmalçılıqla məşğul olarkən özünə bir dəstə toplayaraq Azad Suriya Ordusuna bağlı olduğunu irəli sürmüşdü. Həmin dövrdə ABŞ-dan dəstək alan Mərufa sözügedən raketlər də verilmişdi.
İdlib bölgəsindəki insan alveri, işgəncə və qaçaqmalçılıq səbəbilə digər müxaliflərin reaksiyasına səbəb olan Məruf və adamlarına qarşı hərbi əməliyyat keçirilmişdi. Bu əməliyyatdan sonra PKK-nın nəzarətində olan Afrin bölgəsinə qaçmış və burada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələrinə qoşulmuşdu.
İŞİD-in əl-Babda Türkiyə ordusuna və ASO-ya qarşı istifadə etdiyi bu raketlərin ABŞ tərəfindən Camal Mərufa verilən hərbi yardımlardan biri olduğu ehtimal olunur.
Suriyalı müxaliflər müharibənin ən qızğın vaxtlarında beynəlxalq ictimaiyyətdən bu silahları da istəmiş, amma istəkləri qəbul olunmamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.