Stoltenberq:“NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır”

16-02-2017, 09:04           

NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz kiberhücumların sayının artmasını müşahidə edir, onların bəzilərinin arxasında Rusiyanın durduğunu görürük. 2016-cı ildə NATO-nun kompüter sistemlərinə kiberhücumların sayı 60% artıb”, deyə Y. Stoltenberq bildirib.

Onun sözlərinə görə, kibermüdafiə tədbirləri və NATO ölkələrində müvafiq təlim texnologiyalarının yaradılmasının vacibliyini vurğulayıb: “Çünki kiberhücumlar Alyansın müdafiə qabiliyyətini sarsıda, silahlı qüvvələrimizə isə ziyan vura bilər”. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru