Malayziyada Kim Çen Inın qardaşını öldürməkdə şübhəli bilinən daha bir qadın saxlanılıb

16-02-2017, 10:23           

Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşını öldürməkdə şübhəli bilinən ikinci qadını saxlayıb.

APA-nın "Kyodo News"-a istinadən verdiyi xəbərə görə, onun adı hələ ki, açıqlanmır.

Ötən gün Kuala-Lumpurda Kim Çen Namın ölümü ilə əlaqədar 1988-ci il təvəllüdlü Vyetnam vətəndaşı olan qadın həbs olunub.

Malayziya polisi bundan əvvəl Şimali Koreyanın liderinin qardaşı Kim Çen Namın hava limanında öldüyünü təsdiqləyib. Onun ölümünün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, 46 yaşlı Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib.

ABŞ hökumətindəki mənbə Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru