SOCAR Belarusa neft nəqlini dayandırdıqdan sonra "BelOil" İranla anlaşıb

16-02-2017, 18:35           
SOCAR Belarusa neft nəqlini dayandırdıqdan sonra "BelOil" İranla anlaşıb
Belarusun "BelOil" şirkəti İranın Milli Neft Şirkəti ilə (NIOC) 80 min ton neftin alınmasına dair müqavilə imzalayıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən yazır.

Bu, Belarusla İran arasında imzalanan ilk belə müqavilədir. "BelOil" və NIOC informasiyanı şərh etməyiblər.

Bildirilir ki, tankerlərin yüklənməsinə fevral ayının 20-də başlanacaq. Nəqlin logistikası anlaşılan deyil. Böyük ehtimalla, İran nefti Belarus bazarına Odessa limanı və ya Baltik dənizi üzərindən nəql ediləcək.

Rusiya tərəfi Belarusa neft nəqlini məhdudlaşdırdıqdan sonra rəsmi Minsk alternativ aktiv şəkildə yeni mənbələrin axtarışındadır. Belarus prezidenti Aleksandr Lukaşenko bununla bağlı hökumətə müvafiq tapşırıqlar verib.

2016-cı ildə Belarus Azərbaycanın hesabına Rusiya neftini kompensasiya edə bilib. SOCAR Belarusa 560 min ton neft nəql edib. Lakin "Reuters" agentliyi iddia edir ki, yanvarda SOCAR Belarusa nəqli dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru