Trampın NÜVƏ ÇAMADANINI daşıyanın kimliyi bəlli olub - FOTO

16-02-2017, 18:45           
Trampın NÜVƏ ÇAMADANINI daşıyanın kimliyi bəlli olub - FOTO
Polit.info-nun verdiyi məlumata görə, TMZ portalı ABŞ prezidenti Donald Trampın nüvə çamadanını – nüvə arsenalının idarəsi üçün portativ aparatı daşıyan köməkçisinin fotosunu dərc edib.


Jurnalistlər onun kimliyini araşdırıblar. Bu, Rikardo Ternerdir. West Point hərbi akademiyasının məzunu olan bu şəxs Tramp Administrasiyasında hərbi köməkçi vəzifəsində xidmət edir.

Terenerin fotosu Trampın Yaponiyanın baş naziri Sindzo Abeni qəbul etdiyi Floridadakı Mar-a-Laqo mülkündə çəkmək mümkün olub.


O da məlum olub ki, prezident bu yaxınlarda Terneri vəzifəsini qaldırıb. Hazırda o, polkovnik-leytenantdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru