Şiə İran işğalçı İrəvanı dəstəkləyir - Əl Cəzirə

16-02-2017, 18:48           
Şiə İran işğalçı İrəvanı dəstəkləyir - Əl Cəzirə
Bir çox ərəb siyasətçilərindən dəfələrlə İran hakimiyyətinin səmimi qonşuluq münasibətləri prinsipinə riayət etmədiyini, qonşu ölkələrin daxili işlərinə qarışmağa davam etdiyini eşitmişik.

teref.az “Haqqin.az” saytına istinadən xəbər verir ki, bu sözlər “Əl Cəzirə” telekompaniyasının saytında dərc edilən məqalədə yer alıb. Telekanal İranı Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham edib:

“Maraqlıdır, görəsən, islam inqilabından sonra İranın yürütdüyü siyasətdən əziyyət çəkən yalnız ərəblər olub? Əgər İranın öz qonşuları ilə münasibətlərinə nəzər yetirsək, o zaman biz İran rəhbərliyinin mentalitetini anlamış olaraq. İran Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Türkiyə ilə sərhəddir. Biz yalnız Azərbaycanın timsalında İranın öz qonşularının daxili işlərinə qarışdığını göstərəcəyik.

Birincisi, İran hakimiyyəti Azərbaycanın 20% ərazisini işğal edən Ermənistanı dəstəkləyir. İran ermənilərə iqtisadi cəhətdən yardım edib və müsəlman Azərbaycanın yerinə xristian Ermənistanın maraqlarını dəstəkləməkdə ittiham olunub. Erməni məmurlarının özləri İranın strateji hərbi müttəfiqlik faktını etiraf edirlər.

İkincisi, İran hakimiyyətində müasir Azərbaycanı əzəli İran torpaqları adlandıran ekstremistlər var. İran tədris vəsaitlərində şagirdlərə daima xatırladırlar ki, Azərbaycanı İrandan alıblar və üstəlik, azərbaycanlıların 90%-nin iranlılar kimi şiə olduğunu deyirlər. Azərbaycanın narahatlığı 2015-ci ilin sonunda Nardaran hadisələri zamanı özünü göstərdi. Nardaran Bakıda şiəliyin əsas dayağı sayılır. Azərbaycan KİV-i, eləcə də millət vəkilləri baş verənlərin birbaşa və ya dolayısı şəkildə İranla əlaqəli olduğunu bildirdilər. Bütün bunlara cavab olaraq 50 İran deputatı bəyanat imzaladı. Bəyanatda deyilirdi ki, Azərbaycan ABŞ və İsrailin qullarına şans oyunları oynamağa və hətta Məhərrəm ayında belə tamamilə azad şəkildə içki içməyə izn verir, amma şiələri dini tədbirlərini keçirməyə qoymur. Bu da İranın Azərbaycanın daxili işlərinə qarışmasının sübutlarından biridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.