Obama və Xamneyinin gizli ittifaqı ortaya çıxdı : Eks ABŞ prezidenti SEPAH-a necə yardım edib?
16-02-2017, 20:59
İranda islahatçı qanada aid “Amed News”ın yaydığı xəbərinə görə, keçmiş ABŞ Xarici İşlər naziri Con Kerrinin sərəncamı ilə İran İnqilab Mühafizəçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan 2800 nəfər iranlıya yaşıl pasport verilib. Bunun əvəzində keçmiş prezident Obama Xamneyidən iranlı investorların ABŞ-a yönləndirməsini istəyib. Bu arada qeyd edək ki, İran İnqilab Mühafizəçiləri Korpusunun bir sıra yüksək vəzifəli generallarının adları ABŞ-ın terror siyahısındadır. Avropa.info xəbər verir ki, iddiaya görə, yeni prezident Trampın 7 ölkə vətəndaşını əhatə edən giriş yasağı qərarı verməsinə səbəb, gizli Obama -Xamneyi ittifaqı olub. Trampın bu qərarından sonra da ən böyük zərəri Amerikada lobbi fəaliyyəti aparan Milli İran Amerika Təşkilatı görüb. Saytın iddiasına görə, ABŞ-la İran arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsinin altında yatan ən əhəmiyyətli səbəblərdən biri də ABŞ banklarında olan 120 milyard dollar dəyərindəki İran valyutasının geri verilməsi olub.