ABŞ kəşfiyyatı məxfi informasiyaları Trampdan gizlədir!

17-02-2017, 09:39           
ABŞ kəşfiyyatı məxfi informasiyaları Trampdan gizlədir!
Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyat strukturları məxfi informasiyaların bir hissəsini Prezident Donald Trampdan gizlədir. Bu barədə «Uoll-strit Djornal» xəbər verib.

Nəşrin məlumatına görə, kəşfiyyat xidmətləri ehtiyat edirlər ki, konfidensial informasiyalar kompramat kimi istifadə oluna və ya kütləvi informasiya vasitələrinə (KİV) sıza bilər.

«Uoll-strit Djornal» qeyd edir ki, bu vəziyyət Vaşinqtonun yeni administrasiyası ilə xüsusi xidmət orqanları arasındakı inamsızlığın nə qədər yüksək olduğunu nümayiş etdirir. Xüsusilə də bu, onunla bağlıdır ki, Prezidentin komandasının bəzi üzvləri Rusiya hakimiyyəti ilə təmaslarda olublar.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru