Səkkizinci qitə tapıldı – SENSASİYA – FOTOLAR

17-02-2017, 21:54           
Səkkizinci qitə tapıldı – SENSASİYA – FOTOLAR
Sakit okeanın cənubi-qərb hissəsində Yer kürəsinin səkkizinci qitəsi aşkarlanıb.
Cumhuriyyet.az “Nature News” nəşrinə istinadən xəbər verir ki, belə nəticəyə Yeni Zellandiya, Avstraliya və Yeni Kaledoniyadan olan geoloqlar qrupu gəliblər.
Yeni qitənin ərazisi 5 milyon kvadrat kilometrdir. Onun böyük hissəsi, təxminən 94 faizi suyun altında yerləşir. Yeni Kaledoniya və Yeni Zellandiya adaları qrupu səkkizinci qitənin quru sahəsində yerləşir.
Alimlərin qiymətləndirmələrinə görə, Zellandiya təxminən 100 milyon il əvvəl qədim və böyük Qondvana materikindən qopmağa başladı. Bu yer qabığının deformasiyasına gətirib çıxarıb və materikin çox hissəsi suyun altında qalıb. Geoloqlar öz elmi nəticələrini peyk müşahidələri ilə də təsdiq edirlər.
Tədqiqatın müəllifləri beləliklə, qitələrin sayını yeddidən səkkizə qədər artırmağı təklif edirlər.
Qeyd edək ki, dünya ölkələri qitələrin sayı barədə yekdil fikirdə deyillər. İngilisdilli ölkələrdə qəbul edilmiş terminalogiyaya əsasən, qitələrin sayı yeddidir: Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimal Amerika və Cənubi Amerika. Halbuki, bir sıra digər ölkələrin elmi terminologiyasında altı qitənin olduğu bildirilir. Burada Şimali və Cənubi Amerika vahid qitə hesab edilir.publika.az/


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru