Fransada polisin silah istifadə etmə səlahiyyətləri artırılıb

18-02-2017, 10:32           
Fransada polisin silah istifadə etmə səlahiyyətləri artırılıb
Fransada dünən qəbul edilən qanunla polisin şübhəlilərə atəş aça biləcəyi halların siyahısı genişləndirilib.

Qanuna görə polislər təhdid yaradan və qaçmaqda olan şübhəlilərə iki xəbərdarlıqdan sonra atəş aça biləcək. Atəş açma səlahiyyəti bənzər şəkildə təhdid yaradan və polis tərəfindən nəzarətə alındıqdan sonra “dur” xəbərdarlığına uymayan şübhəlilərlə bağlı halları da əhatə edir.

Qanunla fransız polisinin səlahiyyətləri hərbi təyinatlı jandarma ilə eyni səviyyəyə gətirilib.

Qanun eyni zamanda rəsmi vəzifəlilərə təhqir cəzasını 1 ilə qədər həbs və 15 min avro pul cəzası olaraq artırıb.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru