Tramp ABŞ KİV-ini “xalq düşməni” adlandırdı

18-02-2017, 10:52           
Tramp ABŞ KİV-ini “xalq düşməni” adlandırdı
ABŞ prezidenti Donald Tramp bir sıra KİV-i “xalq düşməni” adlandırıb.
APA-nın xəbərinə görə, o, bu barədə özünün “Tvitter” hesabında yazıb.

“The New York Times qəzeti, NBC, ABC, CBS, CNN telekanalları mənim deyil, Amerika xalqının düşmənləridir”, Tramp qeyd edib.

Bundan əvvəl Donald Tramp dəfələrlə KİV-ləri onun fəaliyyətini qərəzli işıqlandırmaqda ittiham edərək, sərt tənqid atəşinə tutub, rüşvətxor adlandırıb.
“KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur”, – bu barədə Tramp ötən ilin oktyabrında Floridada tərəfdarları ilə seçkiqabağı görüşdə bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru