Kralın yeznəsinə 6 il üç aylıq həbs verildi

18-02-2017, 11:07           
Kralın yeznəsinə 6 il üç aylıq həbs verildi
İspaniya Kralının bacısı şahzadə Kristina vergidən yayınma ittihamı ilə mühakimə olunduğu məhkəmədə bəraət alıb. Ancaq şahzadənin əri İnaki Urdanqarinə altı il üç ay həbs cəzası verilib.
Taxtın altıncı varisi 51 yaşlı Kristina İspaniyada monarxiyanın yenidən təsis edildiyi 1975-ci ildən bu yana hakim qarşısına çıxan ilk kral ailəsi üzvü olub.
2010-cu ildə irəli sürülən iddiada Urdanqarin kral ailəsi ilə münasibətlərini sui-istifadə edərək maddi qazanc əldə etməkdə günahlandırılırdı.
Urdanqarinin 2004-200-cı illər arasında sədri olduğu fond vasitəsilə hesabına milyonlarla avro keçirdiyi iddia edilmişdi. İddiada şahzadə Kristinanın da ərinə kömək etdiyi irəli sürülürdü. Kral Filip 2015-ci ildə şahzadə Kristina və onun 49 yaşındakı ərinin imtiyazlarını geri almışdı.
Məhkəmənin kral ailəsinə qədər uzanması ölkədə korrupsiya ilə bağlı müzakirələri də alovlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru