Trampın kortejini daşladılar

18-02-2017, 11:10           
Trampın kortejini daşladılar
ABŞ prezidenti Donald Trampın kortejini daşladılar.
Gununsesi.info ABC News telekanalına istinadən xəbər verir ki, Florida ştatında ABŞ prezidenti Donald Trampın avtomobil kortejinə daş atılıb. Hazırda ABŞ xüsusi xidmət orqanları faktla bağlı araşdırma aparır.
Hadisə nəticəsində prezidentin limuzini zərər görməyib.
Xatırladaq ki, Donald Trampın siyasəti Amerika cəmiyyətində narazılıqla qarşılanır. ABŞ-da və dünyanın bir çox ölkələrində onun əlehinə etiraz aksiyaları keçirilir. Prezidenti rasizmdə və seksizmdə günahlandırırlar. Yeni etirazlara səbəb isə miqrasiya qanunlarına edilən dəyişiklikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru