Prezident arvadından absurd açıqlama: “Ölsə də, seçiləcək”

18-02-2017, 13:42           

Zimbabvenin 51 yaşlı birinci xanımı Qreys Muqabe prezident seçkiləri ilə bağlı qalmaqallı bəyanat verib.

teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, birinci xanım bildirib ki, əgər əri, 92 yaşlı prezident Robert Muqabe ölərsə, onun adı yenə də seçki bülletenlərində peyda olacaq və bütün hallarda qalib gələcək:

“Bir gün Allah qərar versə və Muqabe ölərsə, o, yenə də namizəd kimi bülletendə peyda olacaq. Siz görəcəksiniz ki, insanlar ölmüş Muqabeyə necə səs verir. Mən ciddi deyirəm, insanlar öz prezidentlərini sevir”.

Qeyd edək ki, Muqabe 1980-ci ildən ölkəyə rəhbərlik edir və dünyanın ən yaşlı prezidentlərindəndir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru