Qarabağda vəhşiliklər törətmiş erməni general yenidən sədr seçildi

18-02-2017, 21:47           
Qarabağda vəhşiliklər törətmiş erməni general yenidən sədr seçildi
Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan yenidən “Yerkrapa” Könüllülər İttifaqının sədri seçilib.

Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, bu seçim fevralın 18-də “Yerkrapa” Könüllülər İttifaqının növbəti qurultayında gerçəkləşib.

Qarabağ müharibəsi veteranlarından ibarət olan “Yerkrapa” yarımhərbi təşkilatdır. General Manvel Qriqoryan isə azərbaycanlılara qarşı nifrəti ilə seçilir. O, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak edib

M.Qriqoryan mətbuata müsahibələrinin birində Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf etmişdi...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru