Putin hökuməti qorxusundan geriyə addım atır

19-02-2017, 00:10           

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhendə keçirilən təhlükəsizlik konfransında yeni bəyanatla çıxış edib.
S.Lavrovun bəyanatına əsasən Rusiya NATO ilə hərbi sahədə əməkdaşlığı dərhal bərpa etməlidir.

Siyasi ekspertlər hesab edirlər ki, yenə də Rusiya adəti üzrə geriyə addım atır. Politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib ki, Rusiya hökuməti yenə də qorxuya düşüb. Onun sözlərinə görə. Bu səbəbdən də, Rusiya hakimiyyəti Avropa ilə münasibətləri qaydasına salmağa çalışır.

“Rusiya həmişə qanunsuz, işğalçı hərəkətlər edəndən sonra qərb ona qarşı sanksiyalar tətbiq edir. Nəticədə arada münasibətlər soyuyur. Nəticədə Rusiya iqtisadi və siyasi məsələdə uduzur. Sonradan münasibətləri yumuşaltmaq üçün müəyyən addımlar atılır. Rusiya Gürcüstana qarşı hərbi müdaxilə edəndə də, Ukraynaya qarşı müdaxilələrdə də belə oldu. Indi də Lavrovun barışıq bəyanatı Rusiyanın geri addım atmasından xəbər verir. Qərb danlayır ki, bu heyvərə rejimə müdaxilə etməklə düzələn deyil”, - deyə Zərdüşt Əlizadə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru