Dünya silkələndi — dünya ölkələri təşvişdə

19-02-2017, 10:14           

Fevralın 18-də dünyanın bir çox yerində zəlzələ baş verib.
“Ölkə.Az” xəbər verir ki, Çilidə 6,4 bal gücündə zəlzələ olub.

Yeri səthindən 266 km dərinlikdə baş verən zəlzələnin episentri Sokayre şəhərindən 74 km aralıda qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə hələlik xəbər verilməyib.

Argentinanın şimal-qərbində də 6,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri San-Salvador-de-Jujuj şəhəri yaxınlığında 200,6 kilometr dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Tayvan adası da yeraltı təkanlardan titrəyib. Şərqə doğru 4,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 20.27-də qeydə alınıb. Zəlzə Taydun mahalından cənub-şərqdə 33,2 kilomter dərinlikdə olub. Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Ermənistan da zəlzələdən silkələnib. Yeraltı təkanlar Ermənistan vaxtı ilə saat 10:15-də olub. Yeraltı təkanlar Sevan şəhərində 27 km. dərinlikdə qeydə alınıb. Zəlzələnin gücü 4 baldan yuxarı, maqnitudası isə 2,8 olub.

Türkiyənin Adıyaman bölgəsində də zəlzələ qeydə alınıb. Bu gün saat 19:26-da 3,6 gücündə yeraltı təkan qeydə alınıb. Hadisə zamanı dağıntı və xəsarət olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru