Ziyanı xeyirə neçə çevirməli? - Yapon texnologiyası möcüzələr yaradır - FOTOLAR

19-02-2017, 10:59           

“The Japan Times yazır” ki, paytaxt Tokio öz zibillərindən daha yaxşı istifadə etmək üçün araşdırmalar aparır. Birinci fotoda gördüyünüz Tokionun xüsusi texnologiya ilə sıxılmış zibil bloklarıdır.

Həmin bloklar ekoloji təhlükəsizlik qaydalarına əməl olunmaqla, yandırılır. Yerdə qalan küldən isə ikinci şəkildə gördüyünüz kərpic hazırlanır. Həmin material isə çəkilən yolların və səkilərin qıraqlarına düzülür. Tullantıların yandırılması zamanı əldə olunan istiliklə binalar qızdırılır. İstiliyin elektrik enerjisinə çevrilməsi də texniki baxımdan o qədər də çətin deyil...

Qəzet qeyd edir ki, Tokio dünyanın nəhəng şəhərlərindən biridir. Şəhər və ətrafında 37 milyondan çox insan yaşayır. Buna baxmayaraq, Yaponiyanın paytaxtı həmişə dünyanın ən təmiz şəhərləri sırasında öndə gedib. Bu isə zərəli tullantıların texnoloji müdaxilədən sonra xeyirli materiallara çevrilməsi yolu ilə mümkün olub. 1989-cu ildə Tokioda 4.9 milyon ton zibil toplanıb. 2014-cü ildə isə bu göstərici 2.7 milyon tona endirilib.

O da vurğulanır ki, 2020-ci il Yay Olimpiya Oyunları Tokioda keçiriləcək. Ona görə də şəhər rəhbərliyi təmizliklə bağlı ən xırda məsələlərə belə xüsusi diqqət göstərir.

Maraqlıdır ki, Yaponiyada hələ uzaq 1900-cu ildə zibillərin toplanması və zərərsizləşdirilməsi ilə bağlı qanun qəbul olunub. Yəni yaponların ekologiya ilə bağlı bu gün əldə etdiyi nailiyyətlər ciddi tarixi əsaslara söykənir.

Elbəyi Həsənli, musavat.com üçün















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.