Ruslar bu şərtlə Putini yenidən qalib edəcək - Ekspert

19-02-2017, 11:01           

Bu ilin sonunda ruslarda iqtisadiyyatda problemlərin başa çatması haqqında hislər yaranacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı ekspert Vladislav İnozemçev söyləyib.

“Bu il üçün planlaşdırılan büdcə iqtisadi artıma səbəb olmayacaq. Çünki bu tip büdcə inkişaf üçün heç bir şərait yaratmır. Maraqlısı odur ki, bu ilin sonunda insanlarda iqtisadiyyatda problemlərin başa çatması haqqında hislər yaranacaq. Məncə, bu, Vladimir Putinin uğurlu seçki kampaniyası aparmasına kifayət edəcək. Hazırda insanların əsas istəyi vəziyyətin bundan daha pis olmamasıdır. Əgər onlar ilin sonunda vəziyyətin bundan pis olmamasını görsələr, o zaman yenidən Putin prezident seçiləcək”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru