Bill Qeyts həyəcan təbili ÇALDI: “Yeni virus yaradırlar, 30 milyon insan ölə bilər”

19-02-2017, 21:25           

“Terrorçular 30 milyondan çox insanın ölümünə səbəb olacaq təhlükəli virusların yeni növlərini yarada bilərlər”. teref.az yazır ki, Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, bunu “Microsot” korporasiyasının təsisçisi Bill Qeyts Münhen Təhlükəsizlik Konfrasında bildirib.

Onun sözlərinə görə, terroristlərin biomühəndislik metodu ilə süni şəkildə təhlükəli qrip ya da başqa epidemiyalar yaratmaq şansları var.
Bill Qeyts xatırladıb ki 1918-1919-cu illərdə “ispan qripi” pandemiyası dünyada 50 milyondan çox insanın həyatına son qoyub.
“İndi də qlobal pandemiyaya hazırlıq olduqca vacibdir. Nüvə təhlükəsindən uzaqlaşmaq və iqlim dəyişikliyi ilə əlaqədar faciəli hadisələrin çoxalmasının qarşısını almaq lazımdır. İnnovasiyalar, əməkdaşlıq və dəqiq planlaşdırma bu riskləri xeyli azalda bilər”-deyə o əlavə edib.
Onun fikrincə, mövcud üsul və texnologiyalar xəstəliklərin yayılması təhlükəsini aradan qaldırmağa imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru