“Mossad”ın sabiq şefi:“Rusiyaya bilərəkdən məxfi məlumatlar sızdırırıq”

19-02-2017, 22:28           

"İsrail kəşfiyyatına məxsus məlumatların Rusiyaya sızmasını düşünmürəm"

Strateq.az "Jerusalem Post" istinadla xəbər verir ki, bunu "Mossad"ın sabiq rəhbəri Denni Yatom bildirib.

D.Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri M.Flinnin istefası dalğasında ortaya çıxan ehtimalları şərh edən D.Yatom deyib: "Flinn çox təcrübəlidir. Heç kim onun rus xəfiyyəsi olduğunu düşünmür. O, yetərincə ağıllı adamdır".

"İsrailə aid məfxi məlumatların Rusiyaya sızmasına görə narahat olmağa dəyməz. Bəzən özümüz Rusiyaya bilərəkdən məxfi məlumatlar veririk. Əlbəttə, təhlil aparmağa imkan verən istinad materiallarını yox. Biz, məsələn, İrana güvənməməyə inandırmaq üçün Rusiyaya gizli informasiyalar veririk. Materiallar bəzi hallarda onlara birbaşa, bəzən də ABŞ vasitəsilə ötürülür. Amma biz bunu ağıllı üsulla edirik ki, mənbəyi aydınlaşdıra bilməsinlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru