Rus milyarderin dünyada nadir yaxtası həbs edildi

20-02-2017, 00:02           
Rus milyarderin dünyada nadir yaxtası həbs edildi
Dünyanın ən böyük özəl yaxtası Cəbəllütariq boğazında saxlanıb.

Axar.az xəbər verir ki, Almaniyada tərsanələrdən biri həmin yaxtanı yazın sonunda rus milyarder Andrey Melniçenkoya satmalı idi. Fevralın əvvəlində yaxta açıq dənizdə yoxlanılması üçün müvəqqəti olaraq milyarderə verilib.

Lakin tərsanənin verdiyi məlumatda Melniçenkonun yaxtaya görə 15.3 milyon avronu ödəmədiyi bildirilib.

Məsələ ilə bağlı açıqlama verən rus milyarderin nümayəndəsi qeyd edib ki, ödəniş razılaşmaya əsasən həyata keçirilib:

“Problemi bu şəkildə həll etmək böyük nüfuz sahibi olan şirkətə yaraşmadı. Yaxta sahibi danışıqların sonunda ödənilməsi üçün pulu eksroy-hesaba köçürüb. İş artıq məhkəmədədir və vəkillərimiz bununla məşğuldur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru