Dubay polisi modelə xəbərdarlıq etdi - Foto

20-02-2017, 08:34           

BƏƏ polisi peterburqlu model Viktoriya Odinsovaya xəbərdarlıq edib.

Buna səbəb modelin Dubayın göydələnlərindən birində ekstremal fotosessiya etdirməsi olub. Model söz verib ki, həyatı ilə riskə getməyəcək. Dubay polisinin nümayəndəsi Xəlil İbrahim əl Mənsuri deyib ki, 23 yaşlı Odinsova hüquq-mühafizə orqanlarına çağırılıb və “bir daha həyatını təhlükəyə atacaq addımlara yol verməməsi” üçün iltizama qol çəkib. Polis eyni zamanda qeyd edib ki, gənc rusiyalının fotosessiya üçün etdikləri onun həyatını təhlükə altına alır. Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri görmədən sırf gözəl şəkil çəkdirmək üçün belə addımlara yol vermək olmaz.

Belə professional fotosessiyaya ehtiyac duyanlar isə təhlükəsizlik tədbirləri üçün ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməlidilər. Viktoriya KİV-in və internet istifadəçilərinin diqqətini Dubaydakı Qayan Qalasının başına çıxıb, ekstrim fotolar çəkdirəndən sonra çəkib.


Dubay polisi modelə xəbərdarlıq etdi - Foto
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru