İsraillə ABŞ razılaşdı: Fələstinə qarşı növbəti addım

20-02-2017, 08:35           

İordan çayının qərb sahilindəki yəhudi məskənləri ilə bağlı İsrail və ABŞ arasında ortaq komissiya qurulacaq.

Axar.az xəbər verir ki, bu barədə İsrail dövlət radiosu məlumat yayıb.

Baş nazir Benyamin Netanyahu hökumət toplantısında bildirib ki, ABŞ-a səfəri zamanı bununla bağlı Trampla aralarında razılıq əldə olunub.

Netanyahu həmçininin Şərqi Qüdsdə də yeni yaşayış sahələrinin inşasının davam etdiriləcəyini vurğulayıb.

Bundan əlavə, baş nazir İranın regional anlamda ən böyük təhdid olduğu da qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru