Baş nazir:“Avropa İttifaqının parçalanmasından söhbət gedə bilməz”

20-02-2017, 08:54           

Belçikanın baş naziri Şarl Mişel Brüsseldə səfərdə olan ABŞ vitse-prezidenti Mayk Pens ilə görüşüb.

Baş nazir görüşü konstruktiv adlandırıb.

“Avropa İttifaqının parçalanmasından söhbət belə gedə bilməz. Bu məsələ gündəmdə də deyil. Düşünürəm ki, bu fikri ABŞ-dakı həmkarlarımıza çatdıra bildik. Çox ehtimal ki, qarşı tərəf bizi anladı”, deyə Ş.Mişel bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını gözəl hadisə kimi dəyərləndirib.

Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens Brüsseldə Avropa Ittifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru