Dünyanın 7 möcuzəsindən biri idi: İndi zibilliyə çevrilib- FOTOLAR
20-02-2017, 09:12

XəzərXəbər Türkiyə mətbuata istinadən bildirir ki, hər il yüz minlərlə turistin gəldiyi İzmirin Səlcuq bölgəsindəki məbəd baxımsızlıqdan acınaqcaqlı vəziyyətə düşüb.
Dünyanın 7 möcuzəsini sadalayan sidonlu Antipader bu məbədi haqqında belə demişdi: “Artemisin buludlar üzərindəki evini görəndə digər möcuzələr gözəlliyini itirdi. Dedim ki, budur, Olimp istisna Günəş heç yerdə belə gözəl olmayıb”.
UNESKO-nun Mədəni İrs Siyahısında da yer alan məbəd indi zibilxanaya çevrilib. Əvvəllər bu ərazini ildə 2 milyon turist ziyarət edib. İndi isə boş ərazini xatırladır, bataqlığa çevrilib və sadəcə tablolardakı xəbərdarlıqlar qalıb.
Efes muzeyi mədəbin yenidənqurulması üçün plan hazırlandığını bildirib.
Tarixi məbəd 2500 il əvvəl kral Kroisos tərəfindən bizim eradan əvvəl 560-550 illərdə İon düzənliyində salınıb. B.e.ə 356-cı ildə Herostratus adlı bir dəli məbədi yandırıb. Bundan sonra 3 metr daha hündür yeni məbəd tikilib.
Ərazidə arxeoloji qazıntılara Britaniya muzeyinin əməkdaşı Vodun rəhbərlik etdiyi qurum 1869-cu ildə başlayıb. Ərazidən tapılan bir çox dəyərli əsər dünya muzeylərinə aparılıb. Məbəddən mərmər parçaları, sütun başları qalıb.

