Pakistanın müdafiə sənayesi naziri: “Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına hazırıq”

20-02-2017, 10:19           
Pakistanın müdafiə sənayesi naziri: “Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına hazırıq”
“Pakistan Azərbaycanla müdafiə sənayesi sektorunda əməkdaşlığı genişləndirməkdə və birgə layihələr həyata keçirməkdə maraqlıdır”.
Bunu “Report”a açıqlamasında Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn deyib.
Nazir qeyd edib ki, Pakistanın müdafiə sənayesi sahəsində böyük təcrübəsi var və Azərbaycan ilə bu istiqamətdə yaxşı əlaqələri mövcuddur.
“Azərbaycan Prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə - kiçikçaplı silah və sursat istehsalından, təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq”, - deyə, nazir qeyd edib.
Nazir əlavə edib ki, “JF-17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələrinin Azərbaycana satışında heç bir problem yoxdur. “Biz “Super Mushshak” təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq”, - deyə, o, vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru