“İran İŞİD-in regionda terror aktı törətmədiyi yeganə ölkədir, “sual yaranır – nə üçün?” – Səudiyyəli nazir

20-02-2017, 20:35           

Səudiyyə Ərəbistanı İranı Yəməndə hökumət əleyhdarlarına qanunsuz silah tədarük etməkdə və beynəlxalq terrorçuluğa maliyyə dəstəyi göstərməkdə ittiham edib.
teref.az “report”a istinadən xəbər verir ki, bu bəyanatla ərəb ölkəsinin xarici işlər naziri Adil əl-Cubeyr çıxış edib.
“Biz burada terrorçuluğun dövlət tərəfindən dəstəklənməsi ilə qarşılaşırıq”, – deyə diplomat qeyd edib və bildirib ki, İran İŞİD-in regionda terror aktı törətmədiyi yeganə ölkədir, “sual yaranır – nə üçün?”.
O, həmçinin İranı öz davranış və prinsiplərini dəyişməyə çağırıb və belə ölkə ilə işləməyin çətin olacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru