İŞİD-in “səhiyyə naziri” öldürüldü

20-02-2017, 22:04           
İŞİD-in “səhiyyə naziri” öldürüldü
İŞİD terror təşkilatının “səhiyyə naziri” öldürülüb.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Dr. Abdullah” kod adlı Falah Hüseyn əs-Saklavi Mosul şəhərinin Mahmun məhəlləsində yerləşən İŞİD qərargahına beynəlxalq koalisiya gücləri tərəfindən endirilən aviazərbələr nəticəsində məhv edilib.

Qeyd edək ki, İraq təhlükəsizlik gücləri dünən beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə Mosulun qərbinin İŞİD-dən təmizlənməsi üçün əməliyyata başlayıb.

Təhlükəsizlik gücləri Mosulun beynəlxalq hava limanına yaxınlaşıb. İndiyə kimi 17 kəndin ələ keçirildiyi əməliyyata təxminən 60 min İraq hərbiçisi qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru