SON DƏQİQƏ: Rusiyanın daha bir diplomatı qəfil öldü: Bu dəfə Nyu-Yorkda

20-02-2017, 23:02           

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin qəfildən vəfat edib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, o, 20 fevralda Nyu-Yorkda ölüb.

Rusiya XİN-dən verilən məlumata görə, Çurkin 65 yaşının tamam olmasına bir gün qalmış dünyasını dəyişib.

Onun ölüm səbəbləri hələlik məlum deyil.

Çurkin 1974-cü ildən diplomatik fəaliyyətdə olub. 2006-cı ildən isə BMT-də Rusiyanın daimi nümayəndəsi kimi fəaliyyət göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru